Bu ilin ən populyar sorğuları açıqlandı


Digərləri 20 Dek 2018 21:15:00 598 0

Bu ilin ən populyar sorğuları açıqlandı

"Google" axtarış sistemi 2018-ci il üçün bütün dünya istifadəçiləri üzrə ən populyar sorğuların reytinqini təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, bu il dünya üzrə sistemdə ən çox yayda Rusiyada keçirilən futbol üzrə dünya çempionatı haqqında informasiya axtarılıb. İkinci yeri yazda vəfat edən isveçli dicey "Avicii" tutub. Üçüncü pillədə sentyabrda dünyasını dəyişən hip-hop ifaçı Mak Miller qərarlaşıb.

Liderlər beşliyinə, həmçinin noyabrda vəfat edən "Marvel" aləminin superqəhrəmanlarının yaradıcısı Sten Li və onun komikslərinin motivləri əsasında çəkilmiş "Qara pantera" filmi daxildir.