Azərbaycanda kənd təsərrüfatı texnikasının satın alınması prosesi sadələşdirilib


Digərləri 20 Dek 2018 20:29:31 627 0

Azərbaycanda kənd təsərrüfatı texnikasının satın alınması prosesi sadələşdirilib

Bundan sonra kənd təsərrüfatı texnikasının güzəştli satışı təkcə "Aqrolizinq" MMC tərəfindən həyata keçirilməyəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Nazir müavininin sözlərinə görə bu, fermerlər tərəfindən kənd təsərrüfatı texnikasının satın alınması mexanizmini sadələşdirəcək və bundan sonra müqavilələr "Aqrolizinq"də yox, səlahiyyətli banklarda birbaşa tədarükçülərlə qeydiyyata alınacaq.