Putin Orxan Camalın qətlindən danışdı


Dünya 20 Dek 2018 20:20:00 279 0

Putin Orxan Camalın qətlindən danışdı

Rusiya prezidenti Vladimir Putin hər il ənənəvi olaraq keçirdiyi mətbuat konfransında Mərkəzi Afrika Respublikasında qətlə yetirilən rusiyalı jurnalistlər, o cümlədən Orxan Camalla bağlı sualları cavablandırıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Putin baş vermiş hadisəni faciə adlandırıb. O bildirib ki, jurnalistlər MAR-a peşələri ilə əlaqədar yox, turist kimi gediblər: "Bu cinayəti yerli qruplaşmalardan biri törədib. Bildiyim qədər, MAR tədqiqatlar aparır. Hələlik inandırıcı məlumatlar yoxdur, ümid edirəm, tezliklə olacaq. Rusiyanın diplomatik kanalları vəziyyəti nəzarətdə saxlayır".