200 iynə udan şəxsin dayısı: "Böyük iynələri uda bilmirdi"


Digərləri 20 Dek 2018 19:56:00 672 0

200 iynə udan şəxsin dayısı: "Böyük iynələri uda bilmirdi"

Hər gün 5-10 iynəni qəzetin içərisinə büküb udurdu.

Son.az xəbər verir ki, bu sözləri oxu.az-a 200 iynə udan 28 yaşlı Emin İsayevin dayısı Şəki Əsgərov deyib.

O bildirib ki, mədəsi ağrıdığı üçün atası Emini Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparıb, oradan da Respublika Klinik Xəstəxanasına göndəriblər:

"Bəlkə də, bir ildir hamıdan xəbərsiz gizli-gizli iynə udurdu. Ailəsinin də xəbəri olmayıb. Başından travma aldığı üçün ruhi vəziyyətində ciddi problemlər yaranmışdı. Bir müddət müalicə alsa da, yaxşılaşma olmayıb. Atası həkimə aparanda mənə də zəng vurdular, getdim Respublika Klinik Xəstəxanasına.

MRT nəticələrini görəndə özüm də gözlərimə inana bilmədim. Bir gün qaldı orda. Həkim mənə izah etdi ki, əməliyyatla onu xilas etmək artıq gecdir. Sadəcə, ehtiyyatlı olun ki, kiməsə xətər yetirə bilər. Nə deyə bilərik, hər şey göz qabağındadır. Başa düşmürdük ki, necə udub iynələri.

Deyir, hər gün 5-10 ədəd iynəni qəzetə büküb udurdu. İynələri də rayonda tapa bilməyəndə əlinə düşən 3-5 manatla gəlirdi Bakıya. Bakıdan alırdı, qayıdıb evdə udurdu iynələri. Böyük iynələri uda bilməyib, axtarıb, balaca iynələr tapıb. Hamımız məəttəl qalmışıq. Neçə dəfə taksiyə minib, gəlib Bakıya, pulu olmayıb.

Sürücü mənim nömrəmə zəng edib ki, gətirin, pulumu verin. Dəfələrlə deyirdim ki, tək harasa getməsinə icazə verməyin. Ümidimiz qalıb Allaha, biz də hər şeyi başa düşürük, amma görək, sonu nə olacaq. Yola saldım, ailəsi ilə Şəmkirə getdilər".