"Alaş Orda: Qazax dövlətçiliyinin təşəkkülü tarixində əhəmiyyəti” elmi məqalələr toplusu və qazax dilində Hüseyn Cavidin şeirlərindən ibarət kitab təqdim olunub (FOTO)


Digərləri 20 Dek 2018 18:24:00 598 0

"Alaş Orda: Qazax dövlətçiliyinin təşəkkülü tarixində əhəmiyyəti” elmi məqalələr toplusu və qazax dilində Hüseyn Cavidin şeirlərindən ibarət kitab təqdim olunub (FOTO)

Qazaxıstanın Azərbaycandakı səfirliyində Azərbaycan dilində nəşr edilmiş “Alaş Orda: Qazax dövlətçiliyinin təşəkkülü tarixində əhəmiyyəti” elmi məqalələr toplusunun təqdimat mərasimi keçirilib.

Bakı. Elçin Mehdiyev - Qazaxıstanın Azərbaycandakı səfirliyində Azərbaycan dilində nəşr edilmiş “Alaş Orda: Qazax dövlətçiliyinin təşəkkülü tarixində əhəmiyyəti” elmi məqalələr toplusunun təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbir zamanı, həmçinin qazax dilində Hüseyn Cavidin şeirlərindən ibarət kitab təqdim olunub. Təqdimat mərasimində Qazaxıstanın Bakıdakı səfiri Beybit İsabayev, Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru, akademik Qalimkair Mutanov, Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, AMEA-nın rəhbər şəxsləri, tarixçilər, filoloqlar və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən Qazaxıstan səfiri Alaş Orda barədə məlumat verib: “Alaş” partiyası qazax xalqının öz müqəddəratını həll etmək və milli dövlətçilik, dil, milli mədəniyyət və ənənələrin qorunması ideyalarını müdafiə edən məsləkdaşları özündə birləşdirirdi. "Alaş"ın hədəfləri qazax xalqının azad və müstəqil dövlət qurması arzusuna arxalanırdı”.