BDU-nun 3 minədək əməkdaşına birdəfəlik pul mükafatı verilib


Digərləri 20 Dek 2018 17:42:00 761 0

BDU-nun 3 minədək əməkdaşına birdəfəlik pul mükafatı verilib

300-dək professor-müəllim heyətinin əmək haqqının artırılması məsələsi müzakirə edilib.

Bakı. Bakı Dövlət Universiteti Elmi Şurasının bu gün keçirilən iclasında rektor vəzifəsini icra edən, professor İradə Əliyevanın təklifi əsasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə universitetin bütün əməkdaşlarına birdəfəlik pul mükafatının verilməsi barədə qərar qəbul edilib. Universitetdən Trend-ə verilən məlumata görə, pul mükafatı ümumilikdə 3 minədək əməkdaşa şamil edilib.