Kolumbiya, Çili, Meksika və Perunun diplomatik nümayəndəlikləri Azərbaycanda birgə fəaliyyətə başladı


Siyasət 20 Dek 2018 17:14:00 661 0

Kolumbiya, Çili, Meksika və Perunun diplomatik nümayəndəlikləri Azərbaycanda birgə fəaliyyətə başladı

Kolumbiyanın Azərbaycandakı səfirliyi ofisinin bir hissəsini Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Qabriel Leopoldo Xara Maldonadonun xidmətinə verib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə səfirlikdən bildirilib.

Səfirlik qeyd edir ki, onun gəlişi ilə Bakıda Sakit okean Alyansı bu inteqrasiya mexanizminin ümumi səfirlikləri formasında tam təmsil olunur:

"Kolumbiya, Çili, Meksika və Perunun diplomatik nümayəndəlikləri Azərbaycanda birgə fəaliyyət göstərəcək və yalnız ikitərəfli münasibətləri deyil, həm də regionun maraqlarını gücləndirəcəklər".