"İrəli"nin yubileyidir Növbəti hesabatseçki konfransı keçiriləcək


Digərləri 20 Dek 2018 16:57:00 640 0

"İrəli"nin yubileyidir  Növbəti hesabatseçki konfransı keçiriləcək

Regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biri olan "İrəli" İctimai Birliyinin təşkilat olaraq 10, hərəkat olaraq fəaliyyətinin 15 yaşı tamam olur.  Təşkilatın mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, dekabrın 25-də Nizami Kino Mərkəzində "İrəli" İctimai Birliyinin VI Hesabat-Seçki konfransı keçiriləcək.  

Konfransda Gənclər təşkilatlarının fəaliyyətinin açıq formada ictimaiyyətə çatdırılması məqsədi ilə təşkilatın 2016-2018-ci illərdə baş tutan fəaliyyəti haqqında hesabat veriləcək.

Baş tutacaq konfransda İctimai Birliyin nizamnaməsinə uyğun olaraq yeni idarə heyəti və sədrin seçimi nəzərdə tutulub.

Konfransda "İrəli"nin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurum rəhbərləri təltif ediləcəklər.

Xatırladaq ki, "İrəli" İctimai Birliyi 26 avqust 2003-cü il tarixindən gənclər hərakatı kimi fəaliyyətə başlayıb. Əsas məqsədi Azərbaycanda gənclər siyasətini həyata keçirmək və gənclərin inkişafına nail olmaqdır. 5 illik fəaliyyətdən sonra "İrəli" İctimai Birliyi öz fəaliyyətini gənclər hərakatı kimi dayandırıb. 24 dekabr 2008-ci il tarixindən təşkilat olaraq fəaliyyət göstərib.