BP Azərbaycan şirkətlərinin regionlardakı layihələrdə iştirakında maraqlıdır


Digərləri 20 Dek 2018 16:39:00 576 0

BP Azərbaycan şirkətlərinin regionlardakı layihələrdə iştirakında maraqlıdır

BP və tərəfdaşları Azərbaycan şirkətlərinin regionlardakı layihələrdə iştirakının genişlənməsində maraqlıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "BP Azerbaijan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli BP ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.

Memorandum ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstəyi nəzərdə tutur.

B.Aslanbəyli qeyd edib ki, BP Azərbaycanda 26 illik fəaliyyəti dövründə tərəfdaşlarla birgə ölkənin enerji sektoruna töhfə verib.