İki xalqın iftixarı


Digərləri 20 Dek 2018 16:21:00 603 0

İki xalqın iftixarı

Dekabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində özbək ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi, soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), Azərbaycanın "Kaspi" qəzeti və eyni adlı Təhsil Şirkətinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə ssenari müəllifi və rejissoru Daşkənddə yaşayan soydaşımız Eldar Məmmədov olan "İki xalqın iftixarı" adlı sənədli film nümayiş etdirilib.

Tədbiri Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq Maqsud Şeyxzadənin ömür yolundan, zəngin yaradıcılığından, ana vətəni Azərbaycana bağlılığından danışıb. Bildirib ki, 1908-ci ildə Ağdaşda anadan olan Maqsud Şeyxzadə orta təhsilini bitirdikdən sonra Bakıda ali təhsil alıb. İlk şeirləri hələ 13 yaşında ikən "Kommunist" qəzetində dərc edilən şair 1928-ci ildən o dövrkü rejimin təzyiqi ilə Azərbaycandan sürgün olunub və həmin vaxtdan Özbəkistanı özünə ikinci Vətən seçən M.Şeyxzadə ömrünün sonunadək özbək ədəbiyyatını və elmini dərin məzmunlu əsərləri ilə zənginləşdirib.

Sonra AMM-in direktoru Samir Abbasov Maqsud Şeyxzadənin yaradıcılığı, onun özbək ədəbiyyatına verdiyi töhfələrdən danışıb, ədibin özbək xalqının qəhrəmanı Cəlaləddin Manquberdi, hökmdar Mirzə Uluqbəy kimi tarixi şəxsiyyətlərlə bağlı yaratdığı ölməz əsərlərlə özbək dramaturgiyasının əsasını qoyduğunu bildirib. O, ədibin "Cəlaləddin Manquberdi", "Mirzə Uluqbəy" faciələri, "Daşkəndnamə", "Ağsaqqal" poemalarının oxucular tərəfindən rəğbətlə qarşılandığını qeyd edib.


Xəbərə aid fotolar