Rusiyadan gələn avtomobildə mobil telefonlara məxsus 154 ekran müsadirə edilib FOTO


Digərləri 20 Dek 2018 16:03:00 388 0

Rusiyadan gələn avtomobildə mobil telefonlara məxsus 154 ekran müsadirə edilib  FOTO

Rusiyadan gələn avtomobildə mobil telefonlara məxsus 154 ekran müsadirə edilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz 313 CDI" markalı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin ön sağ və sol qapı qolunda, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən, eləcə də ön panelin örtüyünün arxasındakı boşluqdan və əl əyləcinin altından 16 qutuda 154 ədəd "Samsung" markalı mobil telefonlara məxsus ekran aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar