2018-ci ildə yüksək nəticə qazanmış idmançı və məşqçilərin təltif olunma mərasimi keçirilib (FOTO)


Digərləri 20 Dek 2018 16:08:49 677 0

2018-ci ildə yüksək nəticə qazanmış idmançı və məşqçilərin təltif olunma mərasimi keçirilib (FOTO)

“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında 2018-ci ildə yüksək nəticə qazanmış idmançıların və məşqçilərin təltif olunma mərasimi keçirilib.

Bakı. “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında 2018-ci ildə yüksək nəticə qazanmış idmançıların və məşqçilərin təltif olunma mərasimi keçirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, mərasimdə Təhsil Nazirliyinin Məktəbdənkənar Fəaliyyətin Təşkili Şöbəsinin müdiri Vasif Məmmədov, idman içtimayyətinin nümayəndələri və mediya qrumları iştirak edib. Mərasimi giriş sözü ilə açan “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov mərkəzin 2018-ci ildə ümumi fəaliyyəti ilə bağlı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. N.Lahıcov bildirib ki, 2018-ci ildə də “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən uşaq, yeniyetmə və gənclərin idmana cəlb olunmasında, bədən tərbiyəsi və idmanın təbliğ edilməsində, dərəcəli idmançıların hazırlanmasında, idman növlləri üzrə milli yığma komandalara ehtiyat qüvvələrin yetişdirilməsində, kütləvi tədbirlərin təşkili və keçirilməsində, idman-şahmat məktəblərinin işinin əlaqələləndirilməsi və onların səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətlərində məqsədyönlü fəaliyyət həyata keçirilib. İdman növləri üzrə mərkəzin və struktur bölmələrinin idman növləri üzrə yığma komandalarına perespektivli idmançıların cəlb edilməsinin, həmin komndaların lazımi səviyyədə hazırlanmasının, respublika və beynəlxalq yarışlarda iştiraklarının təmin olunmasının nəticəsi olaraq 2018-ci ildə də yüksək nəticələr əldə edilib. Mərkəz və struktur bölmələrinin idmançıları 2018-ci ildə respublika yarışlarında 1181 medal əldə etmişlər ki,onlardanda 390-ü qızıl,340-ı gümüş, 451-i isə bürünc olmuşdur. Beynəlxalq yarışlarda qazanılan medalların sayı 439 olmuşdur ki, onlardan da 154-ü qızıl, 130-u gümüş, 155-i isə bürünc medallardır. Göstərilən yüksək nəticələrə görə mərkəzin struktur bölmələri üzrə 5 məşqçi-müəllim dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərində mənzillə, bir nəfər Olimpiya medalı ilə təltif edilib. Bundan əlavə bir nəfər Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi döş nişanı, bir nəfər Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı, bir nəfər Fəxri Bədən Tərbiyəsi və İdman işçisi adları ilə təltif edilib. Eyni zamnda 10 nəfər məşqçi-müəllim Azərbaycan Respublikasının Əməkdar Məşqçisi adına layiq görülüb. “Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidentinin Sərəncamı”na əsasən idmançılar və onların məşqçi-müəllimləri mükafatlandırılıb. Həmin idmançılardan 3-ü Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən UGİŞM-nin yetirmələridir. Mərkəz tərəfindən 2018-ci ildə ümumilikdə müxtəlif idman növləri üzrə 15 respublika yarışları keçirilmişdir. Həmin yarışlarda idman-şahmat məktəblərinin idmançıları ilə yanaşı idman cəmiyyətlərinin, idman kulublarının da idmançıları mübarizə aparmışdır.