Dünyanın ən güclü elektrik lokomotivlərindən biri


Digərləri 20 Dek 2018 14:52:34 627 0

Dünyanın ən güclü elektrik lokomotivlərindən biri

"Alstom" şirkəti Bakı-Tbilisi-Qars regional dəmir yolu xəttində işləyəcək 40 yük lokomotivindən birincisini "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə çatdırıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Son.az-a verilən məlumata görə, Qazaxıstanda "EKZ" Müştərək Cəmiyyətində istehsal olunan lokomotiv 7 dekabr tarixində Astanadan yola salınaraq Azərbaycana, Biləcəri qəsəbəsinə gətirilib.

"Alstom" şirkətinin Qərbi və Mərkəzi Asiya Bölgəsi üzrə İcraçı direktoru Bernard Peille deyib: "Biz "Azərbaycan Dəmir Yolları"nın strateji tərəfdaşı olmaqdan və ölkədə yük nəqliyyatına artan ehtiyacı ödəməkdə kömək edəcək ilk yük lokomotivini çatdırmaqdan məmnunluq duyuruq".

Şirkət bir neçə ay ərzində Azərbaycan dəmir yolu infrastrukturunda təsdiqləyici sınaqlar keçirəcək.


Xəbərə aid foto