Aygün Kazımovanın 2018ci ildə ən çox yadda qalan libasları –


Şou-biznes 20 Dek 2018 14:55:00 707 0

Aygün Kazımovanın 2018ci ildə ən çox yadda qalan libasları –

Gələn ay 48 yaşını qeyd etməyə hazırlaşan xalq artisti Aygün Kazımovanın geyimdə heç bir sərhəd tanımadığı hər kəsə çoxdan bəllidir.

Son.az publika-ya istinadən xəbər verir ki, son bir neçə ildə səhnə fəaliyyətini aktivləşdirən, fasiləsiz olaraq öz üzərində çalışan diva hər çıxışı ilə tamaşaçılarda heyrət doğrur. İstər varlığı, istərsə də ifası ilə hər yerə şuxluq gətirən, insanları müsbət əhval-ruhiyyəyə kökləyən müğənninin çılğın xarakteri geyimlərində də əks olunur. Maraqlıdır ki, bir çox həmkarlarından fərqli olaraq Xalq artistinin geyim seçimləri arasında xarici brendlər üstünlük təşkil etmir. Əksinə, onun bütün maraqlı obrazları yerli dizaynerlərin işləridir.

Artıq 2 ildir ki, Aygün Kazımova dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayılla sıx əməkdaşlıq edir. Yeri gəlmişkən, onların tandemi çox uğurlu alınır.

A.Kazımovanın Azərbaycan mədəni həyatında mühüm rol oynayan "Jara" Beynəlxalq Musiqi Festivalı və Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafatlandırma mərasimlərindəki çıxışlarının müəllifi də "Afffair" brendinin yaradıcısı Rüfət İsmayıla aiddir. R.İsmayılın sehrli əlləri, həqiqətən də, Kazımovanı Azərbaycan səhnəsinin ən dəbli ulduzlarından biri edib.