Məktəblilərin daşıya bilmədiyi dərs yükü VİDEO FOTO


Digərləri 20 Dek 2018 14:36:00 827 0

Məktəblilərin daşıya bilmədiyi dərs yükü  VİDEO  FOTO

Son illər ərzində onurğa əyriliyindən əziyyət çəkən uşaqların sayı xeyli artıb. Statistikaya əsasən, Azərbaycanda təxminən hər yüz nəfərdən biri onurğa əyriliyindən əziyyət çəkir.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, buna səbəb uşaqların masa arxasında düzgün oturmamaları, kompüter aludəçiliyi və məktəb çantalarının ağır olmasıdır. Valideyn: "Çox ağırdır. Birinci sinifin çantası, ümimiyyətlə, ağırdır. Özünüz də yoxlaya bilərsiniz. Hələ bu gün dərsləri azdır". Valideyn: "Biz də istəyirik ki, yüngül olsun, uşaq götürə bilmir". İbtidai sinif şagirdləri də çantanın ağrılığından şikayət edirlər. Bu səbəbdən də onları məktəbə valideyinlər aparıb-gətirməli olur.  Şagird: "Birinci sinifdə oxuyuram, çantam çox ağırdır, anam götürür". Şagird: "Çantamda çoxlu kitablar var, ağırdır, ancaq mən onu üçüncü mərtəbəyə kimi çıxara bilirəm". Ekspertlər də deyir ki, ibtidai siniflərin gündəlik götürdükləri məktəbli çantaları, sözün əsl mənasında, yükdür. Kamran Əsədov - təhsil eksperti: "Çantaların çəkisi 2 kq yarım, 3 kq-dan artıq olmamalıdır. Lakin buraya iş dəftərləri, qələmləri və digər aksessuarları da nəzərə alsaq, bütün hallarda 5 kq-dan artıq bir çəki ortaya çıxır". Məktəbli çantalarının dərsliklərlə doldurulması azyaşlıların sağlamlığı ilə də bağlı problemlər yaradır. Aidə Rəşidova - həkim: "Onlarda onurğanın bir tərəfinə daha çox yük düşməsi səbəbi ilə gələcəkdə skaleoza, yəni onurğanın əyilməsinə səbəb olur. Buna görə çalışmaq lazımdır ki, uşaqlar yaşlarına uyğun çəkidə çanta götürsünlər". Ekspertlər çantaların ağır olmasını gündəlik dərs yükünün çox olması ilə əlaqələndirir. Dünya standartlarına görə aşağı siniflər üçün çap edilən bir dərsliyin çəkisi maksimum 200 qram olmalıdır. Ev tapşırıqlarının çox verilməsi, yəni informasiya yükünün ağırlığı da buna öz təsirini göstərir. Məhz bu səbəbdən uşaqların dərsdən ayrılıb əyləncə və idmana sərf edəcək vaxtları olmur. Kamran Əsədov - təhsil eksperti: "Amerika təcrübəsinə görə, heç bir halda cümə günü evə tapşırıq verilmir ki, şagird şənbə, bazar günləri istirahər etsin. Həftə ərzində itirdiyi enerjini bərpa etsin. Etiraf edək ki, son beş ildə Azərbaycanın orta-ümumtəhsil ocaqlarında oxuyan azyaşlı uşaqlar uşaqlıqlarını yaşamırlar. Onlar bütün gün yüklənmiş şəkildə dərslə məşğul olurlar". Azərbaycanda orta məktəb dərslikləri beş ildən bir dəyişdirildiyindən müddət bu il başa çatır. Təhsil Nazirliyinin məlumatına görə, 2019-cu ildən yeni standartlar müəyyən olunacaq və dərsliklər sadələşdirilir. Hətta təhsildə bəzi dərsliklərin elektron tədrisinin tətbiqi də nəzərdə tutulur.


Xəbərə aid fotolar