Miqrasiya orqanlarına qəbulla bağlı imtаhаn keçiriləcək


Digərləri 20 Dek 2018 14:25:00 370 0

Miqrasiya orqanlarına qəbulla bağlı imtаhаn keçiriləcək

Dövlət İmtahan Mərkəzi dekabrın 23-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Bakı. Dövlət İmtahan Mərkəzi dekabrın 23-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlərin sənəd qəbulu Dövlət Miqrasiya Xidməti tərəfindən aparılmışdır. İmtahanda iştirak üçün 394 nəfərin namizədliyi qeydə alınıb. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni 2018-ci il dekabr 21-dək (saat 10.00-dan 17.00-dək) Dövlət Miqrasiya Xidmətinin Aparatından (Ünvan:AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) götürə bilərlər. Test imtahanı Azərbaycan Memarlıq və İnşaat Universitetinin I korpusunda saat 11.00-da başlanır. Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: