Yeni Azərbaycan Partiyasında “Dayanıqlı İnkişaf Məqsədləri gənclər üçün” adlı tədbir keçirilib


Digərləri 20 Dek 2018 14:05:00 375 0

Yeni Azərbaycan Partiyasında “Dayanıqlı İnkişaf Məqsədləri gənclər üçün” adlı tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasında "Dayanıqlı İnkişaf Məqsədləri (DİM) gənclər üçün" adlı tədbir keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirin əvvəlində DİM-lə bağlı Azərbaycanda görülən işlərə dair film nümayiş olunub.

Tədbirdə Azərbaycanda keyfiyyətli təhsilin təmin olunması ilə bağlı çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, hər bir ölkənin inkişafını təmin edən onun intellektual potensialıdır və bu potensialın formalaşmasında keyfiyyətli təhsilin mühüm rolu var.

F.Qurbanov bildirib ki, təhsillə bağlı dünya göstəricilərinə nəzərə saldıqda vəziyyət ürəkaçan deyil: "Dünyada 262 milyon yeniyetmə məktəbə getmir. Məktəb yaşında qaçqınların sayı 4 milyondur və onlardan 2 milyonunun məktəbə getmək imkanı yoxdur, 7 milyon nəfər oxumağı və yazmağı bacarmır".

Azərbaycanda təhsil haqqında danışan F.Qurbanov diqqətə çatdırıb ki, ölkəmizdə təhsilə çox böyük diqqət yetirilir: "Ümummili lider Heydər Əliyev hələ sovet dövründə təhsilə böyük diqqət yetirirdi. Bu siyasət bu gün də davam edir. Təhsilin infrastrukturunun və keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son 10 ildə Azərbaycanda 3 200 orta məktəb inşa edilib və əsaslı təmir olunub, bir milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb və bu proses davam edir".

Ucqar kəndlərdə məktəblərin vəziyyətinə toxunan nazir müavini bildirib ki, təhsilin keyfiyyətinin artırılması məqsədilə son bir neçə ildə 237 modul tipli məktəblər tikilib istifadəyə verilib: "Azərbaycanda məktəblər ən müasir avadanlıqalarla təmin olunub. Son illərdə müəllimlərin imtahandan keçməsi təhsilin inkişafını təmin edir".

F.Qurbanov söyləyib ki, Azərbaycanda yüksək bal toplayan abituriyentlərin sayı da artmaqdadır. Nazir müavini vurğulayıb ki, xaricdə təsillə bağlı dövlət proqramları həyata keçirilir və bu proqram çərçivəsində xeyli sayda gənclərimiz dövlət hesabına xaricdə təhsil alıb.

Daha sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli qeyd edib ki, Azərbaycan dünya ictimaiyyətinin ən məsuliyyəti üzvlərindən biri kimi DİM-ləri qəbul edib: "DİM-lərin gənclərlə bağlılığı böyükdür. Bunlardan biri də hər kəsə layiqli əməyin təmin olunmasııdır".