79 yaşlı Teymur Mustafayevdən xanımına sevgi etirafı


Şou-biznes 20 Dek 2018 13:19:00 503 0

79 yaşlı Teymur Mustafayevdən xanımına sevgi etirafı

Xalq artisti Teymur Mustafayev "Şou ATV" proqramında qonaq olarkən maraqlı açıqlamaları ilə yadda qalıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, xanəndə ilk dəfə olaraq canlı efirdə xanımına sevgisini etiraf edib:

"Uşaqlarımın anası, sənin qarşında baş əyirəm. Mən bu sənətə sənin hünərin ilə gəlmişəm. Yanvarda artıq 80 yaşım tamam olacaq. Mən evdə olmamışam, tədbirlərdə, toylarda olmuşam. Sən ancaq uşaqlara elə tərbiyə vermisən ki... Evin sütunu xanımdır. Analar qarşısında baş əyirəm. Ona heç vaxt söyləməmişəm ki, mən səni sevirəm. Amma onu bütün vücudum, könlüm sevib".