Qarabağ İcmasının yeni sədri kimdir?


Digərləri 20 Dek 2018 12:37:42 794 0

Qarabağ İcmasının yeni sədri kimdir?

Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayında quruma yeni sədr seçilib.

Son.az modern.az-a istinadən xəbər verir ki, icmanın bu gün keçirilən qurultayında 23 nəfərdən ibarət yeni idarə heyəti seçilib.

Qurultayın yekun qərarına əsasən, Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri seçilib.

Asif Cahangirov isə icra heyətinin sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin isə Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.