"Məndən oyuncaq kimi istifadə edirdi"


Digərləri 20 Dek 2018 12:38:00 663 0

"Məndən oyuncaq kimi istifadə edirdi"

Britaniyada populyar "Love İsland" realiti-şousunun ulduzları Lora Andersonla Maks Morlinin münasibətləri kəsilib. Sevgililər ayrılıblar.

Son.az The Sun-a istinadən bildirir ki, ayrılığın təşəbbüskarı 25 yaşlı Maksdır. Onun sözlərinə görə, 29 yaşlı stüardessa Lora Anderson ondan, sadəcə, yararlanıb: "Məndən oyuncaq kimi istifadə edirdi. Səbrim tükəndi və ayrılmağa qərar verdim".

Maksın sözlərinə görə, "Virgin" korporasiyasının sahibi, milyarder Riçard Brenson Loranı Barbadosa istirahətə dəvət edibmiş.

"Lora da mənə təklif etdi. Barbadosda havayı istirahətə necə razılaşmaya bilərdim?! "Virgin Holidays" bütün xərclərimizi ödəyəcəkdi. Barbadosa getdik və hər şey orada başlandı", - M.Morli söyləyib. Onun sözlərinə görə, R.Brensonun villasında təşkil olunmuş partidə Lora çox pis davranıb və ziyafəti yarımçıq tərk edərək Maksı da özü ilə aparıb.