Bənzərinə görə 17 il həbsdə yatan amerikalıya bir milyon dollar veriləcək


Dünya 20 Dek 2018 12:29:00 416 0

Bənzərinə görə 17 il həbsdə yatan amerikalıya bir milyon dollar veriləcək

Kanzas ştatının rəhbərliyi ona çox bənzəyən başqa bir şəxsə görə 17 il həbsdə yatan keçmiş məhkuma 1,1 milyon dollar ödəməyə razılıq verib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda "Associated Press" məlumat verir.

Bildirilir ki, 42 yaşlı məhkum Riçard Entoni Cons və Kanzasın rəhbərliyi ilə razılıq 17 dekabrda əldə edilib. Ştat prokurorunun sözlərinə görə, R.Cons qeyri-qanuni həbs olunan şəxslərə ödəniləcək təzminat haqqında yeni qanuna əsasən təzminat alacaq ilk insandır. Hazırda daha iki oxşar iddia nəzərdən keçirilir.