Qarabağ sabiq futbolçularını qaytarır


İdman 20 Dek 2018 12:23:00 606 0

Qarabağ sabiq futbolçularını qaytarır

Goal.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Qazaxıstanın Astana klubunda çıxış edən Pedro Enrike və Riçard Almeyda Ağdam klubuna geri dönə bilərlər. Məlumatda qeyd edilib ki, Almeyda danışıqlar aparmaq üçün Bakıya gələcək. Millimizin üzvünün Astana ilə müqaviləsi olduğundan hər şey Qazaxıstan klubundan asılı olacaq.

Reynaldonu yenidən heyətinə cəlb edən Qarabağ daha iki sabiq futbolçusunu geri qaytara bilər.

Pedro Enrike isə müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsusdur. Braziliyalı futbolçu Astana-da qalmaq istəmədiyi və onun PAOK-la Qarabağ-dan birinə keçəcəyi gözlənilir.

Qeyd edək ki, maliyyə sıxıntıları səbəbindən bir çox futbolçu Astana-dan getməyi düşünür.