"Evdə tək" qayıtdı VİDEO FOTO


Digərləri 20 Dek 2018 12:11:00 814 0

"Evdə tək" qayıtdı  VİDEO  FOTO

Kiçik yaşlarında "Home Alone" ("Evdə tək") filminə çəkilərək dünyaca məşhurlaşmış amerikalı aktyor Makoley Kalkin həmin filmdəki səhnələrin təkrarına çəkilib.

Son.az TMZ-yə istinadən bildirir ki, daha doğrusu, 39 yaşlı aktyor "Google Assistant"ın reklamına çəkilib.

Kevin MakKallister rolunu oynayan M.Kalkin yenə Yeni İl bayramında evdə tək qalır. Aktyorun üzləşdiyi bütün problemlərin həllinə "Google Assistant" yardım edir.

Sosial şəbəkələrdə sürətlə populyarlaşan videonu artıq "İlin ən yaxşı reklamı" adlandırırlar.