Bakı Ali Neft Məktəbində Turizm Assosiasiyasının rəhbərliyi ilə görüş keçirilib


Digərləri 20 Dek 2018 12:02:00 807 0

Bakı Ali Neft Məktəbində Turizm Assosiasiyasının rəhbərliyi ilə görüş keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycan Respublikası Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov və Assosiasiyanın Hindistan üzrə rəsmi nümayəndəliyinin rəhbəri Razeen Hasan ilə görüşüb.

BANM-dan Son.az-a verilən məlumata görə, qonaqları Ali Məktəbdə salamlayan rektor Elmar Qasımov onlara Ali Məktəb haqqında geniş məlumat verib. Rektor bildirib ki, BANM-da hazırda xarici tələbələrin təhsil alması üçün bütün şərait vardır. Ali Məktəbin müasir tədris otaqları və laboratoriyaları, yataqxanası, kafeteriyası, idman kompleksi və s. tam dünya standartlarına cavab verir. Elmar Qasımov həmçinin vurğulayıb ki, BANM-ın öz tələbələrini hər tədris ilinin sonu yerli və transmilli şirkətlərdə təcrübə proqramlarına cəlb etməsi onu ölkədə digər universitetlərdən fərqləndirən xüsusiyyətlərdən biridir.

AzTA-nın sədri Nahid Bağırov Assosiasiyanın Hindistan Respublikası ilə əlaqələrinin genişləndiyini və hindistanlıların Azərbaycana marağının böyük olduğunu bildirib. O qeyd edib ki, BANM-da tədrisin ingilis dilində və Avropa standartlarına uyğun tədrisi Hindistandan olan gənclərin BANM-da tədris ala bilməsi üçün ən vacib amillərdəndir.