Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin rəhbərliyinə ciddi xəbərdarlıq edildi


Digərləri 20 Dek 2018 12:06:00 446 0

Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin rəhbərliyinə ciddi xəbərdarlıq edildi

Uşaq bağçalarınin ərzaqla təminatı məsələlərinə nəzarət gücləndirilb.

Son.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyətindən Trend-ə verilən məlumata görə ötən gün Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən bəzi qurumlar tərəfindən paytaxtın bir sıra uşaq bağçalarına standartlara uyğun olmayan ərzaq verilib.

Məsələ ilə bağlı yerlərdən Bakı Şəhər İcra hakimiyyətinə daxıl olan məlumatlara əsasən dərhal Bakı Şəhər İcra hakimiyyəti və Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin əməkdaşları müxtəlif uşaq bağçalarında olub, həmin ərzaqların qida hazırlanmasına verilməsinin qarşısı alınıb, onların tam şəkildə geri qaytarılaraq yerinə keyfiyyətə uyğun ərzaqlarla əvəz olunması təmin edilib.

Məsələnin ciddiliyi nəzərə alınaraq Şəhər İcra Hakimiyyətində operativ müşavirə keçirilib, məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatının vəziyyətinin yerində araşdırılması üçün Komissiya yaradılıb, bu işlərdə prinsipiallıq göstərməyən bir neçə bağça müdirəsinə töhmət verilib, Bakı Şəhər Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin rəhbərliyinə ciddi xəbərdarlıq edilib.