Rednikin komandasının oyunu “Topaz”da: Həm canlı, həm “təkli”


İdman 20 Dek 2018 12:05:00 663 0

Rednikin komandasının oyunu “Topaz”da: Həm canlı, həm “təkli”

Futbol proqnozunun həvəskarları üçün bu gün mərc ediləsi oyunların sayı elə də çox deyil. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" müştərilərinə 30 matç təklif edir. Oyun sayı az olsa da, proqnozsevərlər üçün cəlbedici şərtlər var. Belə ki, 30 qarşılaşmadan 18-nə "Topaz"da canlı mərc etmək olar ki, bu da qazanmaq şansını artırır. 4 görüşə isə "təkli oyun" statusu verilib. Bu "təkli" oyunlara həm də canlı mərc etmək mümkündür. Söhbət Polşa və Rumıniya çempionatlarının görüşlərindən gedir.

Rumıniya liqasında saat 22-də başlanacaq Astra - Dinamo (Buxarest) matçı xüsusən maraq doğurur. Rumıniyada çempionat "altılıq" sistemi üzrə keçirildiyindən, komandaların qarşısına qoyulan ilkin məqsəd bura düşməkdir. Astra hazırda 6-cı pillədə qərarlaşsa da, mövqeyi möhkəm deyil. 3 komanda Astra-nı qarabaqara izləyir. 11-ci sırada qərarlaşan Dinamo isə ilk "altılıq"dan 6 xal ayırır. Bu axşam səfərdə qazanılan qələbə "dinamoçular"ı yuxarı pillələrə bir qədər də yaxınlaşdıracaq. Son 4 turda uduzmayan Astra Dinamo-yla aralarındakı son 4 dueldə də məğlub olmayıb. Amma hər uğurlu və ya uğursuz seriyanın bir sonu olduğunu da nəzərə almaq lazımdır. Onu da qeyd edək ki, Dinamo-nun baş məqşçisi Azərbaycanda kifayət qədər sevilən "Xəzər Lənkəran" klubunun keçmiş çalışdırıcısı Mirça Rednikdir. 56 yaşlı mütəxəssis Lənkəranda cəmi 1 il işləsə də (2010/2011) burada özü haqda xoş təəssüratlar qoyub gedib. İndi Rednik məşqçi karyerasında 7-ci dəfə vaxtilə formasını geydiyi Dinamo-ya qayıdıb. Qarşısına qoyulan əsas vəzifə isə Buxarest klubunun keçmiş şöhrətini özünə qaytarmaqdır. Prinsipial xarakter daşıyan axşamkı qarşılaşmaya "Topaz"da bu əmsallarla mərc edə bilərsiz: Astra-nın qələbəsi 2.40, heç-heçə 2.75, Dinamo-nun qələbəsi 2.55.

Polşa liqasında isə 20-ci turun ilk 2 oyunu keçiriləcək. Mövsümə uğursuz başlasa da, sonradan "sürət yığan" Legia çempionatın autsayderi Zaqlembe Sosnoviek-in qonağı olacaq. Portuqaliya futbolunun məşhur isimlərindən olan Rikardu Sa Pintunun başçılıq etdiyi Legia son 4 çempionat və 1 kubok oyununda uduzmayıb. Hazırda 2-ci sırada yer alan varşavalılar bu axşam qalib gələcəkləri halda, lider Legia Qdansk-la xalları bərabərləşdirəcək. Sonuncu sırada qərarlaşan "Zaqlembe Sosnoviek"in isə itiriləsi nəyisə yoxdur. İndiyədək bu komandalar cəmi 4 dəfə qarşılaşıb və bütün oyunlar "üst" bitib. 3 görüşdə "Legiya", birində isə Zaglembe qalib gəlib. Bu dəfə nəyin necə olacağını "Topaz"da mərc edə bilərsiz. Əmsallar: Zaglembe Sosnoviek-in qələbəsi 5.10, heç-heçə 3.65, Legia-nın qələbəsi 1.40.

Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.