Şahzadə Harri Meqan Markla görə bunu da etdi


Digərləri 20 Dek 2018 11:48:00 668 0

Şahzadə Harri Meqan Markla görə bunu da etdi

Hər Milad bayramından öncə şahzadə Çarlz oğulları - şahzadə Uilyam və şahzadə Harri ilə Sandriqemə qaban ovuna gedirlər.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu ov 20 il davam edən ailə adət- ənənəsidir. Bu, onların ailə bağlarının möhkəmlənməsinin, bir-birlərinə olan sevgilərinin göstəricisi sayılır. Lakin bu il şahzadə Harri bu adəti pozmaq qərarına gəlib. Səbəb isə yoldaşı hersoqiniya Meqan Markldır. 

Meqan mediada məşhur heyvan hüquqlarının qoruyucusu kimi tanınır. O, ət yemir, kürk geyinmir və şahzadə ailəsinin bu "qanlı əyləncəsi"ni də sevmir. Bu da bir müddət onların ailəsində əlaqələrin gərginləşməsinə səbəb olmuşdu.