Məleykə Abbaszadə: Gənclərimiz karyera barədə düşünmür, ali məktəbə sadəcə qəbul olmaq üçün sənəd verirlər


Digərləri 20 Dek 2018 11:21:00 826 0

Məleykə Abbaszadə: Gənclərimiz karyera barədə düşünmür, ali məktəbə sadəcə qəbul olmaq üçün sənəd verirlər

Bizim gənclər çox zaman ali məktəbə sadəcə qəbul olmaq üçün sənəd verirlər, onlar özlərinin karyerasını təsəvvür etmirlər və hansı karyeranı quracaqları barədə düşünmürlər.

Bakı. İlhamə İsabalayeva - Bizim gənclər çox zaman ali məktəbə sadəcə qəbul olmaq üçün sənəd verirlər, onlar özlərinin karyerasını təsəvvür etmirlər və hansı karyeranı quracaqları barədə düşünmürlər. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda insan kapitalı üzrə forumda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu səbəbdən Azərbaycanda təhsilin daha çox karyera yönümlü edilməsi məqsədəuyğundur: "Bizim gənclər düşünür ki, sosial uğur odur ki, o, ali məktəbə qəbul olunub. Buna görə də təhsili karyera yönümlü etmək çox vacibdir".