Azərbaycanda yeni avtovağzallar istifadəyə veriləcək


Digərləri 20 Dek 2018 09:55:00 803 0

Azərbaycanda yeni avtovağzallar istifadəyə veriləcək

Son 10 ildə Azərbaycan ərazisində 17 avtovağzal (avtostansiya) yenidən qurularaq sərnişinlərin istifadəsinə verilib.

Bak. Elçin Mehdiyev – Son 10 ildə Azərbaycan ərazisində 17 avtovağzal (avtostansiya) yenidən qurularaq sərnişinlərin istifadəsinə verilib. Bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib. O qeyd edib ki, hazırda Gəncə Beynəlxalq Avtovağzalı və Cənub avtovağzalı da daxil olmaqla, Naftalan və Neftçalada yeni avtovağzalların bərpa və tikinti işləri davam edir. N.Allahyarova vurğulayıb ki, ümumilikdə ölkə ərazisində 60 avtovağzal (avtostansiya) mövcuddur.