Qaxda yanğın olub


Digərləri 20 Dek 2018 09:41:00 773 0

Qaxda yanğın olub

Qaxda 1 otaqlı ev yanıb.

FHN-dən Son.az-a verilən məlumata görə, rayonun Aşağı Malax kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və əşyaları yanıb.

Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.