Belçikada təhlükəli kimyəvi istehsalatda yanğın olub


Dünya 20 Dek 2018 09:09:00 253 0

Belçikada təhlükəli kimyəvi istehsalatda yanğın olub

Belçikanın Varegem şəhərində təhlükəli kimyəvi istehsalatda yanğın olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, yanğın "Matco" şirkətinin istehsalat obyektində baş verib, yerli sakinlərə pəncərələri bağlamaq tövsiyə edilib.

Varegem şəhər administrasiyasının məlumatında deyilir: "Varegem şəhərinin sənaye zonasında "Matco" şirkətinin kimyəvi müəssisəsində yanğın baş verib. Yanğınsöndürmə xidməti pəncərələri və qapıları bağlamağı, obyektdən uzaq durmağı tövsiyə edir".