Xiaomi Redmi Pro 7 yaxın zamanda təqdim oluna bilər


Digərləri 20 Dek 2018 08:41:00 557 0

Xiaomi Redmi Pro 7 yaxın zamanda təqdim oluna bilər

Redmi 6 smartfon modelinin satışa çıxmasından 6 ay sonra TENAA telekommunikasiya agentliyinin məlumatlar bazasında Xiaomi şirkətinin hələ anons olunmamış yeni smartfon modeli barəsində məlumatlar ortaya çıxıb. Sözügedən smartfon M1901F9T model nömrəsinə sahibdir. Məlumata əsasən bu məhz Redmi Pro 7 smartfon modelidir. TENAA-nın məlumatlar bazasında ortaya çıxmış render fotodan da görmək olar ki, Xiaomi şirkətinin yeni smartfonunun ekranı üzərində V şəkilli çıxıntı hissə olacaq. Bu cür dizayn isə şirkət üçün bir ilkdir.

Son.az technote.az-a istinadən bildirir ki, sözügedən smartfon 5.84 düym ekran və 2900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bundan əlavə olaraq fotodan da görmək olar ki, smartfonun arxa panelində ikili kamera və barmaq izi skanı texnologiyası yerləşəcək. Güman olunan Redmi Pro 7 smartfon modelinin təqdimat tarixi barəsində hələki heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Redmi Pro 7 ilə yanaşı şirkət həmçinin digər Redmi 7 modellərini də təqdim edə bilər.