Braziliyanın baş prokuroru ölkə prezidentini korrupsiyada ittiham edib


Dünya 20 Dek 2018 08:50:00 513 0

Braziliyanın baş prokuroru ölkə prezidentini korrupsiyada ittiham edib

Braziliyanın baş prokuroru Rakel Dodj ölkənin hazırkı prezidenti Mişel Temerə qarşı korrupsiya və çirkli pulların yuyulması ittihamlarını irəli sürüb.

Son.az "Report"a istinadən bildirir ki, ittihamlar ölkə limanları idarəsi ilə bağlı korrupsiya sxemlərinin istintaqı çərçivəsində irəli sürülüb.

Prokurorluq hesab edir ki, Temer 2017-ci ildə rüşvət müqabilində iki limanın müqavilələrinin 70 il müddətinə uzadılmasına icazə verən fərman imzalayıb. Prezident Administrasiyasından isə bildiriblər ki, dövlət başçısı öz günahsızlığını sübut edə bilər.