Androidli smartfonların enerjisini boşaldan virus yayılır


Digərləri 20 Dek 2018 08:05:00 418 0

Androidli smartfonların enerjisini boşaldan virus yayılır

"Sophos" şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə tədqiqatçıları "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün akkumulyatorun enerjisini sürətlə boşaldan zərərli proqram aşkarlayıblar.   

Son.az ICTnews-a istinadən bildirir ki, "Google Play" mağazasının bir neçə servisində aşkar edilən zərərli proqram təminatı "Andr/Clickr-AD" adlanır. Yoluxdurulmuş əlavələrin daxilində reklam saytlarına keçidləri generasiya edən və əlavənin işə salınıb-salınmamasından asılı olmayaraq işləyən kliker quraşdırılıb. Daimi aktivlik akkumulyatorun enerjisinin tez tükənməsinə səbəb olub və nəticədə təxminən 2 milyon dəfə yüklənən 20-dən çox proqram yoluxdurulub.

Məlumata görə, cinayətkarlar öz proqramlarını reklamçılar üçün "iOS" əlavəsi kimi qələmə veriblər ki, bu da onlara gəlirləri artırmağa imkan verib. Hazırda yoluxdurulmuş proqramlar "Google Play" mağazasından silinib.