ABŞda atışma olub, ölən və yaralananlar var


Dünya 20 Dek 2018 07:57:00 491 0

ABŞda atışma olub, ölən və yaralananlar var

ABŞ-da atışma olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Ohlaxoma ştatında, mağazada baş verib. Naməlum silahlı mağazanı qarət etmək istəyən zaman ətrafdakılara atəş açıb. Nəticədə 2 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən cinayətkar mağazadakı mülki vətəndaşlardan biri tərəfindən öldürülüb.