Tramp Amerika hərbçilərini bütün dünyanın qəhrəmanları adlandırıb


Dünya 20 Dek 2018 07:44:00 542 0

Tramp Amerika hərbçilərini bütün dünyanın qəhrəmanları adlandırıb

"İslam dövləti" terror qruplaşması üzərində qələbə əldə edilib, ABŞ hərbçiləri evə qayıtmalıdır".

Son.az "Report"a istinadən bildirir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp bildirib.

"Biz Suriyada uzun müddət vuruşduq. Mən artıq iki ilə yaxındır prezidentəm, hərbi əməliyyatların səviyyəsini qaldırdıq və biz İŞİD-ə qalib gəldik. Biz onları əzdik, əraziləri geri qaytardıq və qoşunumuzun evə qayıtmaq vaxtı gəlib çatdı", - deyə Tramp "Twitter"də yerləşdirdiyi videomüraciətdə bildirib.

O, Amerika hərbçilərini bütün dünyanın qəhrəmanları adlandırıb.