Albaniya iki İran diplomatını ərazisindən çıxarıb


Dünya 20 Dek 2018 07:37:00 545 0

Albaniya iki İran diplomatını ərazisindən çıxarıb

Albaniya qeyri-leqal fəaliyyətlərinə, bu ölkənin təhlükəsizliyini təhlükə altına alan fəaliyyətlərinə görə iki İran diplomatını persona-non-qrata elan etmək barədə qərar qəbul edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Albanian Daily News" ölkənin Daxili İşlər Nazirliynə istinadən xəbər verib.