Bakıda “Resurs gəlirlərinin idarəolunması: şəffaflıq və hesabatlılıq” mövzusunda konfrans keçirilib


Digərləri 19 Dek 2018 23:25:23 690 0

Bakıda “Resurs gəlirlərinin idarəolunması: şəffaflıq və hesabatlılıq” mövzusunda konfrans keçirilib

Bu gün Bakıda “Resurs gəlirlərinin idarəolunması: şəffaflıq və hesabatlılıq” mövzusunda konfrans keçirilib

Bakı. Elçin Mehdiyev – Bu gün Bakıda “Resurs gəlirlərinin idarəolunması: şəffaflıq və hesabatlılıq” mövzusunda konfrans keçirilib. Trend-in məlumatına görə, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi tərəfindən təşkil olunan konfransda müvafiq dövlət qurumlarının, yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Tədbirin əvvəlində Təbbi Resursların İdarəedilməsi İnstitutunun direktoru Qalib Əfəndiyev, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktoru İnqilab Əhmədov və SOCAR-ın keçmiş rəhbəri, iqtisadçı Sabit Bağırov açılış nitqi ilə çıxış ediblər. Tədbir çərçivəsində iki sessiya keçkirilib. Sessiyalarda “SOCAR: İdarəetmə, hesabatlılıq, şəffaflıq”, “Fiskal qaydalar: imkanlar və risklər”, “Təbii Resursların İdarəedilməsi İndeksi (RGI): Azərbaycan üçün dərslər”, “Açıq Büdcə İndeksi (OBS): Azərbaycan üçün dərslər” mövzularında hesabatlar təqdim edilib. “SOCAR: İdarəetmə, hesabatlılıq, şəffaflıq” mövzusunda hesabat təqdim edən Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin ekspert qrupunun üzvü Samir Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin missiyası və məramı haqqında məlumat verib. O qeyd edib ki, SOCAR-ın missiyası Azərbaycan Respublikasının yanacaq-enerji təhlükəsizliyini, neft-qaz və neft-kimya sənayesinin inkişafı üzrə strateji maraqları təmin etmək, qabaqcıl və ekoloji təmiz texnologiyalardan istifadə edərək Azərbaycanın elmi-texniki, iqtisadi və intellektual potensialının artırılmasına dəstək olmaq, regional və beynəlxalq enerji layihələrində həlledici mövqe tutmaq, karbohidrogen ehtiyatlarının və emal məhsullarının daxili və xarici bazarlarda satışından maksimal mənfəət əldə etməkdir. Hesabatda həmçinin tövsiyyələr öz əksini tapıb. Tövsiyyələrə əsasən, şirkәtin tәşkilati hüquqi-formasının dәqiqlәşdirilməsi və idarәçilikdə korporativ idarəetmə standartları tәtbiqi edilməli, şirkətin tәşkilati-hüquqi formasının mövcud “dövlət müəssisәsi” statusundan tәsərrüfat cәmiyyәti forması olan və səhmlәri dövlәtә məxsus səhmdar cәmiyyəәti statusuna keçid təmin edilməli, şirkәtin korporativ idarәetmә standartlarını tәtbiq edilməlidir. Bunun üçün Nizamnamәyә dәyişikliklər edilәrәk idarəetmə strukturu dəyişilməli. Şirkəәtin orta (5 illik) vә uzun müddətli (15-20 illik) dövrə hədəәflәnmiş vahid İnkişaf Strategiyası işlәnib hazırlanmalı. Daha sonra Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin ekspert qrupunun üzvü Rövşən Ağayev “Fiskal qaydalar: imkanlar və risklər” mövzusunda hesabatla çıxış etdi. Fiskal qaydanın tәqdim etdiyi imkanlar haqqına danışan R.Ağayev bildirib ki, xәrclәrin limitləşdirilməsi kontrtsiklik siyasәtә keçid baxımından gözlənilәn nәticәni әldә etmәyə imkan verə bilәr. Sabit xərclәməlәrin xam neftin birja qiymətlərindən asılı olmayaraq maliyyə sistemini qiymət-xәrc spiralından kәnarda saxlaması mümkündür. Lakin qanunda xәrclərin nominal artımı nəzәrdә tutulur, halbuki real artım əsasında limitləşdirmə iqtisadi baxımdan daha doğru yanaşma olardı, çünki illik 13-15% inflyasiya olduğu şәraitdə nominal olaraq xərclәrin 3% artması xərclərin real olaraq 12% azalması demәkdir. Xәrclərin neft gəlirlәri hesabına artımının qarşısını almaq hәdәflәnirsә, bu mәsәlədə mәqbul çıxış yolu gəlirlәrin büdcәdә payının limitlәşdirilmәsi ola bilər.