İnternetdə "artistlik"


Kriminal 19 Dek 2018 23:16:00 658 0

İnternetdə "artistlik"

İncəsənət xadimlərini sosial şəbəkələrdə saxta profillərdən təhqir edənlər, bir çox hallarda onların həmkarlarıdır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bəzən sosial şəbəkələri "ev yıxan" adlandırırlar. Kimimiz onun xeyrini görürük - çünki informasiya tələbatımızı ödəyir, intellektimizi gücləndirir, biliyimizi təkmilləşdirir, yeni tanışlıqlar yaradırıq. Kimimiz isə zərərini görürük - virtual aləmin köləsinə çevrilirik, sosial şəbəkələrdə "yaşayırıq", psixologiyamıza, səhhətimizə zərərli olan vərdişlər qazanırıq. 

"Facebook", "İnstagram" kimi sosial şəbəkələr bəzən də insanları bir-birinə düşmən, bəzilərini isə canlı olaraq üzlərini belə görmədiyi insanlarla doğmadan da doğma edir. Kimin kim olduğu, hansı məzhəbə qulluq etdiyini məhz bu şəbəkələr vasitəsi ilə də təyin etmək mümkündür. Çox zaman aktyorlar müsahibələrində bəzi həmkarlarının üzlərinə gülsə də, gizlin şəkildə onlara qarşı təxribat apardıqlarını da gizlətmirlər. Ötən gün istedadlı aktrisa Zülfiyyə Qurbanova öz "Facebook" səhifəsində belə bir paylaşım etmişdi: "Bir aktyor yoldaşım var. Özünə "YouTube"da başqa birinin adından 4-5 profil açıb. Ürəyi istəyəndə girib o saxta profillərdən həmkarlarına təhqiramiz ifadələr yazır. Sentyabrın əvvəlində bunu başqalarına etdiyinin şahidi olmuşdum. Aktyor və aktrisaların ünvanına daha nələr yazmırdı. Mən də düşünürdüm ki, nə əcəb, mənə girişmir. Ötən gün bir də baxıram ki, ünvanıma təhqirin biri bir qəpikdən şərhlər döşəyib. Adamda həvəsə bax, saxta profillər yaradıb, bir az irəli gedən həmkarını təhqir edir, tənqid yox ha, təhqir. Sonra o biri profildən girir, o yazılmış sözü dəstəkləyən başqa bir təhqiredici ifadə yazır. Bütün neqativ təhqirləri eyni danışıq tərzində, eyni yazı səhvi ilə yazır. Saf, təmiz, məsum, dünyadan xəbəri olmayan tamaşaçılar da yazırlar ki, aktrisanı niyə təhqir edirsiniz? Bu da yenə cavabında yazır ki, sən ona "atviçatsan?". "Atviçat" e özü də. Adam özünü yandırır. Çünki təhqirlər eyni hərf səhvləri, eyni danışıq tərzi ilə yazılır. O, aktyorun normal həyatdakı danışıq tərzi kimi, ağzından horra tökülə-tökülə həmin profillərdən öz ləhcəsi ilə özünü tərifləyir, guya tamaşaçı fikridir. Əziz aktyor, şərəf və ləyaqətimi təhqir etdiyin üçün xəbərin olsun ki, sənə çox böyük təzminat ödədə bilərəm. Haqqında sübutlar yığılır, deyim biləsən..."


Xəbərə aid fotolar