Pul ağacı həm də sağaldır Ayaqlarınızı bununla silin, pulunuz cibinizdə qalsın


Digərləri 19 Dek 2018 23:04:00 703 0

Pul ağacı həm də sağaldır  Ayaqlarınızı bununla silin, pulunuz cibinizdə qalsın

Pul ağacı kimi tanınan (krasula) otaq bitkisinə ofislərdə və evlərdə rastlamaq mümkündür. Pul gətirəcəyinə inanılaraq saxlanılan bu bitkinin bir çox faydalı xüsusiyyətləri də mövcuddur. 

Son.az medicina.az-a istinadən bildirir ki, pul ağacının yarpaqlarında çox miqdarda efir yağları, flavonoidlər var. Hətta kiçik bir pul ağacı bitkisi otağın havasını təmizləyə və ev sakinlərinin əsəblərini sakitləşdirə bilir. Bu bitkinin şirəsi güclü bakteriosid, virusəleyhinə, iltihabəleyhinə, regenerasiyaedici xüsusiyyətlərə malikdir.

Xalq təbabətində bu bitkidən bır sıra xəstəliklər zamanı istifadə edilir: 

•Oynaq xəstəlikləri (artrit, artroz, podaqra); •Mədə xorası və 12 barmaq bağırsağın xəstəlikləri; •Varikoz; •Revmatizm, 3-lü sinirin soyuqdəyməsi; •Babasil; •Pielonefrit, sistit; •Herpes, angina; •Döyənək, yanıq, kəsik, həşərat dişləməsi, əzələ dartılması və s. 

Bu bitkidən əsasən xaricə tətbiq üçün bir sıra məlhəmlər, mazlar hazırlanır. Şirəsindən kompreslər edilir. Mədə-bağırsaq xəstəlikləri zamanı isə səhərlər acqarına bu bitkinin 2 ədəd yarpağını çeynəyərək udmaq yaxşı nəticə verir. Udduqdan 1 saat sonra səhər yeməyi yemək olar. 

Pul ağacının şirəsindən edilən kompress artrit, yanıq, dəri üzərində olan yaralar, həmçinin herpes zamanı yaxşı təsir göstərir. Tonzillit və angina zamanı bu bitkinin şirəsi ilə boğazı qarqara etmək çox effektlidir. Babasil zamanı pul ağacı bitkisinin şirəsini vazelinlə qarışdırın. Pambığı həmin məhlulda isladaraq babasil düyününün üzərinə qoyun.