Uşaqlığın endometriozunun ev şəraitində müalicəsi


Digərləri 19 Dek 2018 23:10:00 439 0

Uşaqlığın endometriozunun ev şəraitində müalicəsi

Endometroz - uşaqlığın epiteli qatının digər kiçik çanaq orqanlarına düşməsi ilə xarakterizə olunan qadın reproduktiv orqanlarının xəstəliyidir. Hormonal amillərin təsirindən, endometroz ocaqlar yumurta yaranma tsiklinə uyğun olaraq şişir və sinir uclarını sıxaraq güclü ağrı verir. 

Son.az medicina.az-a istinadən bildirir ki, bu xəstəlik əsasən 30-40 yaşlı qadınlarda daha çox müşahidə edilir, amma son zamanlarda xəstəliyin gedərək cavanlaşdığını və əsas sonsuzluq səbəblərindən biri olduğunu söyləmək mümkündür. 

Əsas əlamətləri: 

• Ağrı demək olar ki, qadınların 70% qadınlarda müşahidə edilir və xəstəliyin ağrılarının intensivliyi xəstəliyin dərəcəsindən asılı olaraq dəyişir.  

• Menstural tsiklin pozulması nəticəsindən tsiklin ortasında qəhvəyi rəngli qan ləkələri görünə bilər. 

• Endometroz sonsuzluğun əmələ gəlməsinin əsas səbəblərindən biridir.  Onu da nəzər almaq lazımdır ki, bu patologiya cinsi orqanlarda yapışma prosesinin getməsinə səbəb olur. 

Endometrozun əmələ gəlmə səbəbləri hələ tam olaraq məlum deyil. Burda əsas rolu irsi amillər, cinsi orqanda gedən iltihabı proseslər, esterogen hormonunun yüksək həddə olmasıdır.