Kortizol hormonunu idarə edə bilsəz, gec qocalaqsız Xüsusi reseptlər


Digərləri 19 Dek 2018 22:46:00 440 0

Kortizol hormonunu idarə edə bilsəz, gec qocalaqsız  Xüsusi reseptlər

Əgər stress hormone kortizolu ram edə bilsəz, xüsusən qadınlar uzun və sağlam ömrün sirrini əldə edib, gec qocalacaqlar. Bunun necə baş verdiyini məşhur rusiyalı bioqerontoloq, biologiya elmləri namizədi Aleksey Moskalev izah edir.

Son.az medicina.az-a istinadən xüsusi məsləhəti təqdim edir:

"Stresə cavab kişi və qadında fərqlidir. Qadın daha tez və çox əsəbləşir. Ona görə onlarda daha çox stress hormone kortikosteroidlər hasil olur. Bu hormone böyrəküstü vəzilər hasil edir. İnsan qocaldıqca kortizolur orqanizmdə miqdarı daha da artır. Kortizol qadının qocalma səbəbidir: o qanda şəkəri artırır, dərini sıradan çıxarır. Bədəni susuzlaşdırır, dərialtı piy qalınlaşır. Bu səbəblərdən dəri nazilir, kobudlaşır, quruyur, qırışır. Kortizoun çoxaldığını, toplandığını hardan biləcəksiz: qarın, bel nahiyəsinin qalın piyləşməsi və kökəlməsindən. Kortizol məhz orda toplanır.

Kaprizli kortizolu necə ram etməli?

Orqanizmdə kortizolun səviyyəsi hər an müxtəlif səbəblərdən dəyişə bilər. Ona günün saatları, yemək, fiziki aktivlik və s. təsir göstərir. Ona görə kortizolu analizlə təyin etmək çətindir. Nəticələr dəqiq olmur.

Kortizolu artıran səbəblər:

-Aclıq, dieta, az kalorili qidalar -Ağır fiziki iş, yorulmaq -Yuxusuzluq, az yatmaq -Psixoloji stress, həyəcan -Alkoqol, qəhvə,kofein tərkibli içkilər