Bakıda 20 yaşlı oğlan dostları ilə görüşə gedərkən itkin düşüb


Digərləri 19 Dek 2018 22:45:00 371 0

Bakıda 20 yaşlı oğlan dostları ilə görüşə gedərkən itkin düşüb

Bakıda gənc oğlan itkin düşüb.

Bakı. Samir Əli - Bakıda gənc oğlan itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Atatürk prospekti, ev 35, mənzil 110-da baş verib. Həmin ünvanda yaşayan, 1998-ci il təvəllüdlü Ələkbərli Vüqar Tahir oğlu dekabrın 12-də evdən çıxaraq dostları ilə görüşə gedib.