Hansı qan qrupu hansı xəstəliklərə tutulur Hematoloqdan məsləhətlər


Digərləri 19 Dek 2018 22:06:00 532 0

Hansı qan qrupu hansı xəstəliklərə tutulur  Hematoloqdan məsləhətlər

2

Qan insan üçün ən vacib elementdir və onsuz heç bir bədən üzvü fəaliyyət göstərə bilməz.

Qanın orqanizmdə gedib çıxmadığı bir nöqtə də yoxdur. Mənfi və müsbət olmaqla dörd qrupa bölünən hər qan qrupunun özünəməxsus xüsusiyyəti var.

Son.az saglamolun.az-a istinadən bildirir ki, Respublika Kliniki Uşaq Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadənin dediyinə görə, insanın yoluxduğu xəstəliklə qan qrupu arasında birbaşa bağlılıq var: "Birinci qan qrupu olanlarda əsasən allergik reaksiyalar, infeksion, dəri, ginekoloji və qalxanvarı vəzin problemləri daha kəskin şəkildə özünü büruzə verir. İkinci qan qrupunda dəri, tənəffüs sistemi və şəkərli diabet, üçüncü qan qrupunda dayaq-hərəkət sistemi, dördüncü qan qrupunun daşıyıcıları arasında isə həm tənəffüs sistemi, həm də infeksion xəstəliklərə daha çox rast gəlinir".