Minaatan mərmisi tapılıb FOTO


Digərləri 19 Dek 2018 21:51:00 653 0

Minaatan mərmisi tapılıb  FOTO

Ağcabədidə 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) aşkar olunub.

ANAMA-dan Son.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Avşar kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar