Bu il Azərbaycanda 48 mindən çox ÖLÜM halı qeydə alınıb


Kriminal 19 Dek 2018 21:42:00 452 0

Bu il Azərbaycanda 48 mindən çox ÖLÜM halı qeydə alınıb

2018-ci ilin on ayında Azərbaycanda 48 186 ölüm halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, ölüm səviyyəsi əhalinin hər 1 000 nəfərinə 5,9 təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında isə Azərbaycanda 116 365 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə bu göstərici 14,2 təşkil edib. Körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən əkizlərin sayı 2 236, üçəmlərin sayı isə 96 olub.