Yaponiyaya gələn əcnəbi turistlərin sayı 30 milyonu ötüb


Dünya 19 Dek 2018 21:20:00 327 0

Yaponiyaya gələn əcnəbi turistlərin sayı 30 milyonu ötüb

Yaponiya turizm sənayesi yeni yüksək göstəriciyə nail olub - cari ildə bu gündoğar ölkəyə gələn əcnəbi turistlərin sayı, baş verən təbii fəlakətlərə, zəlzələ və tufanlara baxmayaraq, ilk dəfə 30 milyonu ötüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hökumət özəl sektorla birlikdə Yaponiyanı səyyahlar üçün daha cazibədar etməyə çalışır.

"Biz daha çox sayda ölkədən turistlərin Yaponiyaya səfər etməsinə yardım göstərməliyik və onların yalnız böyük turizm obyektlərinə deyil, eyni zamanda, müxtəlif rayonlara getməsinə çalışmalıyıq", - deyə nazir jurnalistlərə bildirib.