"Hazırda neft bazarında baş verənlər..."


Dünya 19 Dek 2018 21:29:00 286 0

"Hazırda neft bazarında baş verənlər..."

"Neftin bir barelinin 57 dollaradək ucuzlaşması geosiyasi amillərin də nəticəsi olan ötəri möhtəkirlik halları ilə bağlıdır".

Son.az "report"-a istinadən bildirir ki, bunu jurnalistlərə deyən Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih OPEC+ çərçivəsində verilən qərar sayəsində bazarda sabitliyin əldə edildiyini bildirib.

"Hazırda neft bazarında baş verənlər, sadəcə, gözləmək zərurəti yaradır. İndi neft bir çox ikinci dərəcəli amil və proseslərin təsiri altındadır. Bunlar arasında İran neftinin ixracına razılıq verilməsi, ABŞ ilə Çinin ticarət ziddiyyətləri də var. Həmçinin bir çox spekulyativ məqamlar da var, sərmayəçilər neftlə bağlı mövqelərindən çəkilir. Biz OPEC+ çərçivəsində bunlara o qədər də əhəmiyyət vermirik, başlıca meylləri izləyirik. 2019-cu ildə bazarda tarazlığı bərpa edəcəyimizə qəti şəkildə əminəm", - deyə vurğulayan nazir gələn ilin I rübünün sonunadək neft ehtiyatlarının azalacağını diqqətə çatdırıb.