“Can Azerbaycan” qəzetinin son nömrəsi “Star” qəzetinin əlavəsi kimi çap edilib


Digərləri 19 Dek 2018 21:17:07 671 0

“Can Azerbaycan” qəzetinin son nömrəsi “Star” qəzetinin əlavəsi kimi çap edilib

“Can Azerbaycan” qəzetinin sonuncu sayı ölkənin nüfuzlu və çoxtirajlı “Star” qəzetinin əlavəsi kimi nəşr olunub və oxuculara pulsuz paylanılıb.

Bakı. Türkiyədə nəşr olunan aylıq “Can Azerbaycan” qəzetinin sonuncu sayı ölkənin nüfuzlu və çoxtirajlı “Star” qəzetinin əlavəsi kimi nəşr olunub və oxuculara pulsuz paylanılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 110 min nüsxə tirajla çap olunan 15 səhifədən ibarət “Can Azerbaycan” qəzetinin bir səhifəsindəki yazılar Azərbaycan dilində təqdim edilib.