Yaponlardan tənha insanlar üçün “sevgi robotu”


Digərləri 19 Dek 2018 20:56:00 648 0

Yaponlardan tənha insanlar üçün “sevgi robotu”

Yaponiyada bir "start-up" şirkəti yeni robot istehsal edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, tənhalıqdan əziyyət çəkənlər üçün istehsal edilən "sevgi robotu" təqdim edilib və sifarişlərin ardı-arası kəsilmir.

"Groove X" şirkətinin pinqvinə bənzəyən robotunun adı ingilis dilində sevgi mənasına gələn "love" və "robot" sözlərinin birləşməsindən yaranan "Lovot" olduğu açıqlanıb. Süni intellekt texnologiyası ilə təchiz edilən robot təkərləri sayəsində hərəkət edir, çağıranda və qucaqlayanda reaksiya verir, qucaqlayıb sığallayanda isə yuxuya gedir.


Xəbərə aid fotolar